Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yaddaşlarda yaşayan tarixi qəhrəmanlıq.

19 yanvar 2014 | 08:40

20 Yanvar və Azərbaycan tarixində olan ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən  ilhaq olunması, nəticədə ölkənin ərazisini 125 000 km2-dən 87000km2-dək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycanlıların Ermənistan  ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda  mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın  tarixinə  parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəilliyi üçün yol açdılar. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. Azərbaycan xalıqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.
20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində rayonun  idarə, müəssisə və təşkilatlarından məktəblərdən nümayəndələrin iştirakı ilə silsilə tədbirlər keçirilir. İlk öncə tədbir iştirakçıları xalqımızın “Milli qürur və şərəf” günü” tarixini qanları ilə yazan şəhidlərin xatirəsini dərin ehtiramla yad etmişlər. Toplantını Mərkəzin direktoru Xəyalə İsayeva çıxış edərək bildirmişdir ki, “20 Yanvar”Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin  onlara havadarlığından hiddətlənən geniş xalq kütlələri Bakının küçələrinə və meydanlarına  çıxaraq buna öz qəti etirazını bildirdilər. Həmin faciəlı günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların  qətli ilə nəticələnən “20 Yanvar” faciəsi Qarbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqınızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Natiq onu da qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Respublika rəhbərləri “20 Yanvar” qırğınına siyasi-hüquqi qiymət  verilməsi və cinayətkarların müəyyən edilməsi  istiqamətində  məqsədyönlü iş aparmadılar.Yalnız  1994-cü ildə “Qanlı Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 
Heydər Əliyev Mərkəzinin fond mühafizi Kəmalə Qasımova, Şəhər 1 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Könül Əzəmmədova, Təhsil şöbəsində tarix fənni üzrə metodist Tərbiyyə İsayeva çıxışlarında qeyd etdilər ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu “20 Yanvar” qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Sonda Şəhər 1 və 4 saylı tam orta məktəblərinin şagirdləri Ülviyyə İmanova, Minə Bayramova və başqalarının kompozisiyası dinlənilmiş, “20 Yanvar” faciəsinə həsr olunmuş film nümayiş olunmuşdur.

Keçidlər