Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə məzarları ziyarət edilib

29 sentyabr 2021 | 08:00

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində canından keçmiş Qəbələ oğullarının-Topbağ kənd sakini Hakim Baxışov və Böyük Pirəli kənd sakini İsmayıl Qurbanovun şəhadətə yüksəlmələrinin ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi hər iki şəhidin məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyularaq xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir.
Şəhid ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər