Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin ANKARA / ÇANKAYA - Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi arasında “Qardaşlaşma sazişi” imzalanıb

02 oktyabr 2021 | 16:00

Türkiyənin peşə təhsli sahəsində ilk beşliyə düşən ANKARA / ÇANKAYA - Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı sahəsində səylərini birləşdirəcək. Əldə olunan ortaq qərara görə, bundan sonrakı mərhələdə peşə təhsili sahəsində yüksək ixtisaslı mühəndis-pedoqoji kadr hazırlayan və bunu, demək olar ki, eyni istiqamətdə həyata keçirən müəssisələr tələbə-müəllim mübadiləsi aparacaq, resurslardan, xüsusilə maddi-texniki bazadan ortaq istifadə edəcək, birgə konfranslar, seminarlar keçirəcəklər. Qeyd edək ki, bu əməkdaşlığın effektivliyini artırmaq üçün hər iki müəssisədən koordinatorlar fəaliyyət göstərəcək.

Keçidlər