Vətən müharibəsi şəhidlərinin anım günləri qeyd olunub
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin təcavüzünə qarşı aparılan Vətən müharibəsində şəhid olmuş Qəbələ oğullarından Əmirvan kənd sakini Elvin Abdurəhmanov və Mıxlıqovaq kənd sakini Ümman Əmiraslanovun şəhadətə yüksəlmələrinin bir ili tamam olur. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri onların məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirələri dərin hörmətlə anılaraq, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmiş, ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.