Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir.

21 yanvar 2014 | 16:00

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Qəbələ şəhərində əsaslı təmir işləri aparılmış və yenidən qurulmuş Şəhidlər xiyabanında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.  Ümumi ərazisi 2500 kv m təşkil edən kompleksin ərazisində 2 ədəd məzar, daxili qranit vurlumuş divarların üzərində isə 148 nəfər Azərbaycanın müstəqilliyi uğrunda canından keçən səhidlərin foto şəkilləri əks olunub.
Kompleksin ərazisinə 632 kv.m tamet daş döşənib, ümumilikdə 15 ədəd mərmər qranitdən hündürlüyü 5 metrdən yuxarı olan şəbəkə tağlar inşa olunaraq memarlıq ansambılı yaradılıb,  onun içərisində əbədi məşəl qurulub.
Ərazi  işıqlandırma sistemi ilə təhciz olunub, qaz və su xətti çəkilb daxili sahədə yaşıllaşdırma işləri aparılıb.
Anma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev 20 yanvar faciəsinin səbəbləri, sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımıza qarşı törədilən bu faciənin əsl mahiyyəti haqqında danışıb.
Qeyd olunub ki, Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilmədiyi yaddaşlara yazılıb. Bu günün ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyəti vurğulanıb.
Məhz xalqın ağır günlərində ümummilli lider Heydər Əliyev qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirib. 20 yanvar faciəsinə isə məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi qiymət verilib.
Anım mərasimdə çıxış edənlər azadlığımız uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsinin heç zaman unudulmayacağı dilə gətirilib. Mərasimdə vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinə əklil qoyub, ehsan süfrələri açılıb. İctimaiyyət nümayəndələri və minlərlə Qəbələ sakini səhidlərin ruhuna öz dərin ehtiramlarını bildiriblər.

Keçidlər