Şirinov Taleh Qadir oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Şirinov Taleh Qadir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən Taleh Şirinovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Həmçinin şəhid Şirinov Taleh Qadir oğlunun xatirəsinə Çuxur Qəbələ kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin valideynləri şəhid ailələrinin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirmiş, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə dərin minnətdarlıqlarını bildirmişlər.