Qəbələ rayonunda Vətən müharibəsi şəhidi Elməddin Mustafayevin ildönümü qeyd edilib
44 günlük Vətən Müharibəsi şəhidi- Qəbələ şəhər sakini Mustafayev Elməddin Məhəmməd oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin Elməddin Mustafayevin xatirəsinə təhsil aldığı məktəbin həyətində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Mərasim iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.