Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmişdir

12 oktyabr 2021 | 04:00

Bu gün işğal altında olan torpaqlarımızı azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından - Əmirvan kənd sakini polkovnik-leytenant Əfqan Abdurahmanov  və Mıxlıqovaq kənd sakini İmaməddinYusifovun şəhidlik zirvəsinə ucalmalarından 1 il ötür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi hər iki şəhidin məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyularaq xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Ailə üzvləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər