RİH başçısının Çuxur Qəbələ kəndində əhali ilə səyyar görüş-qəbulu keçirilmişdir.
Qəbələ Rayon Icra Hakimiyyəti Başçısının yaşayış yerlərində əhalinin səyyar qəbulu qrafikinə uyğun olaraq növbəti görüş-qəbulu rayonun Çuxur Qəbələ kəndində keçirilmişdir.
Görüş –qəbulda kənd ictimaiyyətinin nümayəndələri ziyalılar, ağsaqqallar, rayonun əlaqədar müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev açmışdır. Qəbələ RİH başçısının Çuxur Qəbələ kənd inzibati ərazi nümayədəsi Nasir Rəşidov bildirmişdir ki, kəndin 1046 nəfər əhalisi 252 təsərrüfatda birləşir. O, əhalinin məşğuliyyəti, sosial durumu və s barədə ətraflı məlumat vermişdir.
Kənd sakinlərindən Rüstəm Abdurahmanov, Elsevər Orucov, Ehsan Şirinov və başqaları çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən rayona, o cümlədən Çuxur Qəbələ kəndinə göstərilən qayğıdan razılıqlarını ifadə etmışlər.
Qeyd olunmuşdur ki, bu kəndin yolu bərbad vəziyyətdə idi. Daim bol suyu olan Qoçalan çayı üzərində körpü olmadığına görə əhali əziyyət çəkirdi. Möhtərəm Prezidentimizin tapşırığı ilə bu il kəndin yolu ən müasir standartlara uyğun olaraq yenidən qurulumuş, nəhəng körpünün tikintisi başa çatmaq üzrədir.
Çıxış edənlər kənd mədəniyyət evinin təmirinə, kəndin yeni yaşayış masivinə qaz və su xəttinin çəkilişinə ehtiyac olduğunu bildirmişlər. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Səbuhi Abdullayev görüş-qəbuldakı yekun sözündə Respublikada, rayonda və rayonun kənd inzibati ərazilərində son illər həyata keçirilən nəhəng quruculuq-abadlıq işləri barədə məlumat vermişdir. RİH başçısı eyni zamanda növbəti ildə həyata keçiriləcək quruculuq abadlıq işlərinin daha da geniş miqyaslı olacağını bildirmişdir.
Qəbul iştirakçlarının qaldırdıqları məsələlərin həlli istiqamətində yerindəcə əlaqədar idarə və təşkilat rəhbərlərinə göstərişlər verilmişdir.