Qəbələdə Vətən Müharibəsi şəhidlərinin ildönümü qeyd edilmişdir
25 oktyabr 2021 | 08:00
Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidləri Bayramov Coşqun Ənvər oğlu və Səfərçinov Xeyirbəy Cəlil oğlunun şəhadətə yüksəlmələrinin birinci ildönümüdür. Bu münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldığı məktəblərin kollektivi onların məzarını ziyarət edərək, üzərlərinə gül dəstələri qoymuş, xatirələri anılaraq, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.