Qəbələ rayon Mədəniyyət Mərkəzində “25 oktyabr Qubadlının işğaldan azad olunması günüdür” başlığı altında dəyirmi masa təşkil edilmişdir
26 oktyabr 2021 | 10:00
25 oktyabr 2021-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində “25 oktyabr Qubadlının işğaldan azad olunması günüdür” başlığı altında dəyirmi masa təşkil edilmişdir. Önçə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi Mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 gün ərzində göstərdiyi şücaət və xalqımızın bir yumruq kimi birləşərək ordumuza dəstəyindən söhbət açmışlar. Tədbirin sonunda şəhidlərin xatirəsinə həsr edilmiş sərgiyə baxış keçirildi.