Qəbələdə Vətən Müharibəsi şəhidləri - İqbal Babayev və Aydın Bayramovun ildönümü qeyd edilmişdir
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin təcavüzünə qarşı əkshücum əməliyyatı ilə başlanılan Vətən müharibəsində şəhid olmuş Qəbələ oğulları- Babayev İqbal Zəki oğlu və Bayramov Aydın Mətləb oğlunun Şəhidlik zirvəsinə ucalmalarından 1 il ötür. Bu münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldığı məktəblərin kollektivi onların məzarını ziyarət edərək, üzərlərinə gül dəstələri qoymuş, xatirələri anılaraq, ruhlarına dualar oxunmuşdur. Mərasim iştirakçıları şəhidlərin ailələrini evlərində ziyarət etmişlər. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.