Qəbələ şəhərinin daxili küçələrinin asfaltlaşdırılması davam etdirilir
30 oktyabr 2021 | 04:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın uğurlu icrası çərçivəsində respublikamızın bütün bölgələrində, o cümlədən Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Rayonumuzda bu istiqamətdə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Şəhərin daxili küçələrinin asfaltlaşdırılması layihəsi əsasında Qəbələ şəhər Bələdiyyəsi tərəfindən Cavid Yusifov və Samir Kərimov küçələrinə asfalt örtüyü çəkilir.