Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Tapdıq Ağayevin məzarı ziyarət edilərək xatirəsi anılıb

30 oktyabr 2021 | 16:00

Bu gün Vətən müharibəsində canından keçmiş igidlərdən biri olan Qəbələ rayon Tüntül kənd sakini Ağayev Tapdıq Çingiz oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və Tapdıq Ağayevin təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılmış və ruhuna dualar oxunmuşdur. Həmçinin şəhid Ağayev Tapdıq Çingiz oğlunun xatirəsinə Tüntül kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evində ziyarət edilmişdir.  Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər