Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş “Zəfərə gedən yol” adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

03 noyabr 2021 | 04:00

02 noyabr 2021-ci il tarixdə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rayon təhsil şöbəsi ilə birgə keçiridiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında "8 noyabr - Zəfər Günü"nə həsr edilmiş "Zəfərə gedən yol" mövzusunda inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. İnşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasından ibarətdir. Müsabiqənin nəticələrinə əsasən Baxışlı Mənsurə Mənsur qızı I yerə, Vəliyeva Səbinə Akif qızı II yerə, Ağazadə Mətin Oktay oğlu isə III yerə layiq görülmüşdür. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər