Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səmədli Vüqar Vaqif oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

03 noyabr 2021 | 05:00

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Səmədli Vüqar Vaqif oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər