Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə məzarları ziyarət edilib

04 noyabr 2021 | 08:00

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsi naminə döyüşlərdə canından keçən igid oğullarımız-Savalan kənd sakini Mikayıl Əhmədov, Nic qəsəbə sakini Rəşid Nəsrullayev və Yengicə kənd sakini Vüqar Səmədlinin şəhadətə yüksəlmələrinin ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi hər üç şəhidin məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyularaq xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur. Hər üç şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər