“8 Noyabr - Zəfər günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib
04 noyabr 2021 | 06:00
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən 03 noyabr 2021-ci il tarixdə “8 Noyabr- Zəfər günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyində yaşı 14-dən 17-dək olan 8 komandadan ibarət yeniyetmələr öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda Nohurqışlaq kənd tam orta məktəbin komandası I yer, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası II yer və Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası III yerə çıxmışdır. Qalib komandalara rayon Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim edilmişdir.