Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Hərbi Qənimətlər Parkı”na virtual səyahət təşkil olunub

05 noyabr 2021 | 02:00

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 02 noyabr 2021-ci il tarixində Pərviz Osmanov adına şəhər 2 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri ilə birgə “Hərbi Qənimətlər Parkı”na virtual səyahət  təşkil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan  “Hərbi Qənimətlər Parkı”ında xalqımızın qəhrəmanlıq tarixi nümayiş etdirilir. Parkda Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə ermənilərdən götürdüyü qənimətlər, onların qoyub qaçdıqları atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar sərgilənir. Tədbirin keçirilməsində məqsəd məktəblilərdə Azərbaycan Ordusunun gücünə, qüdrətinə inam aşılamaq və onlarda vətənpərvərlik hissinin möhkəmləndirilməsidir.

Keçidlər