Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “Şanlı Zəfər” adlı tədbir keçirilib

05 noyabr 2021 | 08:00

04.11.2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ”Şanlı Zəfər” adlı tədbir  keçirilib. Mərkəzin mütəxəssisləri,  şəhid ailələri, qazilər və  müharibə iştirakçılarının  iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş meydanında qazandığı zəfərdən, işğal altında olan torpaqlarımızın azad edilməsində qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin  göstərdiyi şücaətlərdən söz açmışlar. Dəyirmi masa arxasında keçirilən tədbirdə müharibə iştirakçıları öz xatirələrini danşmışlar. Həmçinin bayram ərəfəsində mərkəzin əməkdaşları tərəfindən şanlı Zəfər günü münasibəti ilə  tənha  yaşayan şəhid ailələri, qazi və müharibə iştirakçıları evlərində ziyarət olunmuş və onlara hədiyyələr  təqdim edilmişdir.

Keçidlər