Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində “Biz birlikdə güclüyük” tədbiri keçirilmişdir

06 noyabr 2021 | 03:00

05.11.2021-ci il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümü münasibətilə tədbir keçirilmişdir. İştirakçılar tərəfindən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyularaq xatirəsi anılmış və tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənclər və bölgədə yaşayan etnik xalqların, dini icmaların nümayəndələrinin, eləcə də müharibə iştirakçıları, qazilər və şəhid valideynlərinin iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılmış və Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin nümayəndəsi Araz Qurbanovun “Biz birlikdə güclüyük” mühazirəsi dinlənilmişdir. Sonda “Biz birlikdə güclüyük” filminə baxış keçirilmişdir.

Keçidlər