8 Noyabr Zəfər Günü ilə bağlı “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir
06 noyabr 2021 | 07:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 8 Noyabr Zəfər Günü ilə bağlı “Zəfər bizimdir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə xalqımıza zəfər sevinci yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədris Mərkəzinin direktoru Qalib Nəbiyev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etdi. Mərkəzin tələbələrinin ifasında torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səslənmiş, səhnəciklər, 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar, ölkə Prezidentinin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar nümayiş etdirilmişdir.