Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"26 fevral - Qanla yazılan tarix" adlı tədbir keçirilib

24 fevral 2026 | 17:50

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "26 fevral-Qanla yazılan tarix" adlı tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa, bütün bəşəri dəyərlərə qarşı yönəlmiş amansız bir soyqırım olduğunu qeyd edərək, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulamışlar. Sonda mövzu ilə əlaqədar video material nümayiş olunub.

 

Keçidlər