Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

26 fevral Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi keçirilib

25 fevral 2023 | 13:18

24 fevral 2023-cü il tarixində  Qəbələ İncəsənət Məktəbində 26 fevral Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi keçirilib. Öncə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əhməd Qəndiyev çıxış edərək şagirdlərə o dəhşətli gecədə baş verən hadisələrdən və ermənilərin törətdiyi misli görünməmiş vəhşiliklərdən danışdı. Sonda şagirdlərin Xocalı faciəsinə və 44 günlük  Vətən müharibəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Keçidlər