"26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" münasibətilə tədbir keçirilib
25 iyun 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü" münasibətilə "Xalqla Ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir - Heydər Əliyev" adlı tədbir keçirilib. Mərkəzin ekspozisiya zalında Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin əsgər və zabitlərinin iştirakı ilə keçirilən tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qonaqlara Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı misilsiz xidmətləri, son illərdə ordu quruculuğu sahəsində görülən işlər, qazanılan uğurlar haqqında ətraflı məlumat verilib. Mərkəzin əməkdaşları hərbi hissənin əsgər və zabitlərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərəklib çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.