26 İyun Silahlı Qüvvələr Günü münasibətilə “Qüdrətli ordumuz- güclü Azərbaycan” adlı tədbir keçirilib
24 iyun 2026-cı il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə "Qüdrətli ordumuz- güclü Azərbaycan" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürən bənzərsiz dövlət xadimi olduğunu vurğulamış, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan bəhs etmiş, ordumuzun qazandığı uğurlar, hərbçilərimizin şücaəti və vətənpərvərlik nümunələrini xüsusi qeyd etmişlər.Sonda vətənpərvərlik mövzusunda, Qələbəni təmsil edən şeirlər, musiqilər səslənib.













