26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə "Qalib xalqın şanlı ordusu" adlı tədbir keçirilib. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ümummilli Liderin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürən bənzərsiz dövlət xadimi olduğunu vurğuyaraq, Milli Ordumuzun yaranma tarixindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan şərəfli ömür yolundan söz açmışlar. Sonda vətənpərvərlik mövzusunda, Qələbəni təmsil edən musiqilər səslənmiş və rəqslər ifa olunmuşdur.