Rayonun Yenikənd kəndində RİH başçısının görüş-qəbulu keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin rayonun Yenikənd kəndində görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda əhalinin sosial şəraiti, məşğulluğu, xidmət təşkilatlarının ərazidə fəaliyyəti, kənd sakinlərini düşündürən məsələlər, həlli prioritet olan problemlər geniş təhlil olunmuş, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün iştirakçıların təklifləri dinlənilmişdir. Yenikəndlilər yaşayış məntəqəsində su, işıq təchizatında fasilələrin olmadığını, kəndarası yolların təmir edildiyini bildirdilər. Onların əksəriyyəti öz torpaq sahələrində çalışdıqlarını, digərlərinin isə inşaat işləri və sənətkarlıqla məşğul olduqlarını vurğuladılar. Kənd sakinləri mədəni-maarif, səhiyyə, rabitə, ticarət, iaşəvə s. sahələrdə göstərilən xidmətlərdən razılıq etdilər. Görüş-qəbulda çıxış edən yerli ziyalılar və ağsaqqallar ölkə başçısının sosial-iqtisadi sahədəhəyata keçirdiyi tədbirləri təqdir etdilər. O cümlədən, rayonumuzda və Yenikənd kəndində görlmüş işlərin hər birində qürur hissi yaratdığını söylədilər. Lakin görülən işlərlə yanaşı bu gün kəndə təbii qaz xəttinin çəkilməsinə və ərazidə bir ədəd artezian quyusunun qazılmasına ciddi zərurət yarandığı önə çəkildi. Tədbirdə iştirak edən idarə, müəssisə vəb təşkilat rəhbərləri yerli problemlərin həlli istiqamətində görülən işləri açıqladılar. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev əhalinin rifahının yüksəldilməsi, kəndlərin abadlaşdırılması, tikinti-quruculuq işlərinin genişləndirilməsi, rayonda irimiqyaslı infrastruktur layihələrin həyata keçiriləcəyini görüş iştirakçılarının diqqətinə çatdıraraq ölkə başçısının bu istiqamətdə gördüyü işləri ətraflı şərh etdi. O həmçinin qaldırılan problemlərin və irəli sürülən təkliflərin həlli və icrası ilə bağlı aidiyyatı təşkilatlara göstəriş verərək tədbiri yekunlaşdırdı.