“8 noyabr – Zəfər günü”nə həsr edilmiş kişilər arasında stolüstü tennis üzrə rayon turniri keçirilib
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 noyabr 2021-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində “8 noyabr Zəfər günü”nə həsr edilmiş stolüstü tennis üzrə kişilər arasında rayon turniri keçirilmişdir. Yarışın keçirilməsində məqsəd stolüstü tennis idman növünün inkişaf etdirilməsi, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, idmanın kütləviliyinə nail olmaq, həmçinin Olimpiya İdman Kompleksindən səmərəli istifadə etməkdən ibarətdir. Turnirdə rayonun idarə, müəssisə və idman kollektivlərindən olan 15 idmançı gərgin oyun nümayiş etdirmişdir. Birinciliyin yekun nəticəsinə əsasən Ramiz Mirkalamov I yeri, Rübayl Qarayev II yeri və Artuş Qukasari III yeri tutmuş və rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif edilmişlər.