Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hərbi həkim Ənvərli Aqşin Faiq oğlunun şəhadətə qovuşmasının ildönümü qeyd olunub

07 noyabr 2021 | 06:00

Bu gün hərbi həkim, baş leytenant Aqşin Ənvərlinin 44 günlük  Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.  Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir.  Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər