Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Zəfər Günü” nə həsr edilmiş təntənəli tədbir keçirilib

09 noyabr 2021 | 08:00

Bu gün Qəbələdə 8 Noyabr “Zəfər Günü” münasibətilə bayram tədbiri keçirilmişdir.  Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül dəstələri qoymuş və ulu öndərə öz ehtiramlarını bildirmişlər. Bayram tədbiri Qəbələ Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzulamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi Anar Ağabəyov da çıxış edərək bayram münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Tədbirdə şəhid valideynləri və qazilər adından çıxış edən Cəlil Səfərçinov və qazi, ehtiyyatda olan kapitan Müşfiq Paşayev müharibədə göstərilən  qəhrəmanlıqlardan söz açmış, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda bir qrup müharibə iştirakçısı, qazi və şəhid ailələrinə dövlət başçısının sərəncamı ilə təyin edilmiş orden və medallar təqdim edilmişdir. “Zəfər Günü” tədbiri rayon mədəniyyət işçilərinin hazırladıqları əbədi-bədii proqramla davam etdirilmişdir.

Keçidlər