Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Beynəlxalq Tolerantlıq Günü münasibətilə İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Qəbələdə olmuşlar

14 noyabr 2021 | 02:00

Noyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Beynəlxalq Tolerantlıq Günü münasibətilə Qəbələ rayonunda olmuşlar. Ali məktəbin kollektivi ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini, birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət etmiş, xatirələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Nic qəsəbəsində yerləşən Cotari kilsəsi və Çuxur Qəbələ kəndində Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olmuşlar.

Keçidlər