Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzlə yaxından tanış olmuşlar
14 noyabr 2021 | 08:00
13 noyabr 2021-ci il tarixdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər edən İlahiyyat İnstitutunun kollektivi ilk öncə qoruğun Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntılar olan ərazilərlə yaxından tanış olmuşlar. Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinə baxış keçirmiş, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və institutun müəllim və şagird heyəti Arxeoloji Mərkəzin həyətində ağacəkmə aksiyası keçirmişlər.