Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“2 fevral Azərbaycan Gəncləri günü” qeyd olunmuşdur.

01 fevral 2014 | 16:00

Qəbələ rayonunda “2 fevral Azərbaycan gəncləri günü” münasibətilə musiqili-əyləncəli tədbir keçirmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoymuşlar. Daha sonra tədbir “Qafqaz Sport” hoteldə davam etmişdir. Tədbirdə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 100-dək gənc iştirak etmişdir. 
Tədbirin proqramına əsasən Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək bildirdi ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclər böyük çəkiyə malikdir, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclər yetişməkdədir. Məhz düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. F.Soltanov 2013-cü ildə görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verərək bayram münasibətilə gəncləri təbrik etdi.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirdi. Natiq öz çıxışında qeyd etmişdir ki, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki,  Azərbaycanda sağlam fikirli gənclik yaranır. Çıxışının sonunda RİH başçısı bütün gəncləri təbrik edərək onlara uğurlar arzulamışdır.
Tədbirdə YAP Qəbələ rayon Gənclər Birliyinin sədri Ramil Qəribov, QHT resurs və təlim mərkəzinin əməkdaşı Şəmsiyyə Əzimova, gənc əsgər Təhmasib Adıgözəlli çıxış edərək Ulu öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və görülən işlərdən danışmışlar.
Ənənəvi hal olaraq tədbirdə 2013-cü ildə müxtəlif sahələr üzrə nailiyyət qazanmış bir qrup fəal gənc diplom və xatirə hədiyyələri ilə mükafatlanmışdır.
Tədbir musiqi kollektivlərinin bayram konserti ilə davam etmişdir.

Keçidlər