Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “20 noyabr Ümumdünya Uşaq Hüquqları” günü münasibətilə tədbir keçirilib
20 noyabr 2021 | 08:00
19 noyabr 2021-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “20 noyabr Ümumdünya Uşaq Hüquqları” günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-nin əməkdaşları, xüsusi qayğıya ehtyacı olan, aztəminatlı, qazi və məcburi köçkün ailələrinin övladları iştirak ediblər. Tədbirdə çıxış edənlər “20 noyabr Ümumdünya Uşaq Hüquqları“ günün yaranma tarixindən və Konvensiyanın dünyada yaşayan uşaqların hüquqları ilə bağlı mühüm sənəd olduğu haqqında geniş məlumat veriblər. Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.