Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Rəhimov Elnur Məmmədkərim oğlunun şəhidlik zirvəsinə ucalmasından 1 il ötür

01 dekabr 2021 | 16:00

44 gün davam edən və zəfərlə nəticələnən Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri -Mıxlıqovaq kənd sakini Rəhimov Elnur Məmmədkərim oğlunun şəhadətə qovuşmasının ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuş və şəhidin ailəsi evlərində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər