Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi ilə əlaqədar müşavirə keçirilib

03 dekabr 2021 | 10:00

02 dekabr 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin  və bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib. Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi monitorinqləri operativ şəkildə başa çatdırmağa, subsidiyaların ilin ilk aylarında köçürülməsinə imkan verdiyini, ilin əvvəlində subsidiya alan fermer öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazandığını qeyd edərək, Kənd Təsərrüfatı Nazirliyinin bu səbəbdən fermerləri son tarixi gözləmədən öz əkinlərini bəyan etməyə, bununla da dövlət dəstəyindən daha tez yararlanmağa çağırdığını bildirmişdir. Sonra Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müəddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, səyyar gübrə satışı, müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilmişdir. Seminar iştirakçılarının EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə sualları ətraflı cavablandırılmış və səsləndirilən təkliflər qeydiyyata alınmışdır.

Keçidlər