Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə təhsili sahəsində əməkdaşlıq üçün Türkiyənin nümayəndə heyəti Qəbələdə səfərdə olublar

16 dekabr 2021 | 02:00

14 dekabr 2021-ci il tarixdə Türkiyənin nümayəndə heyəti iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılması məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olublar. Mərkəzlə tanışlıqdan sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanmışdır.

Keçidlər