Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mədəniyyət Mərkəzində dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş tədbir keçirilib

18 dekabr 2021 | 08:00

17 dekabr 2021-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Eşqdir mehrabı uca göylərin” adlı tədbir keçirilib. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması məqsədilə keçirilən tədbirdə ilk olaraq dahi şairin yaradıcılığından bəhs edən kitab sərgisi və əsərlərinə həsr edilən  rəsmlər nümayiş olunmuşdur. Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzinin İsmayıl Bəy Qutqaşınlı adına Xalq teatrının təqdimatında “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-bədii proqram nümayiş olunmuşdur. Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər