Qəbələ rayonundan V Ümumrespublika Uşaq Forumunda iştirak edən məktəblilərə sertifikatlar təqdim edilib
18 dekabr 2021 | 09:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Komitə, UNİCEF və Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində V Ümumrespublika Uşaq Forumu keçirib. Forumlara respublikanın bütün şəhər və rayonlarını əhatə edən seçimlərdə fəallığı və istedadı ilə seçilən məktəblilər qatılıb. Qəbələ rayonundan V Ümumrespublika Uşaq Forumunda iştirak edən məktəblilərə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində sertifikatlar təqdim edilib.