Qəbələdə Vətən müharibəsi, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı və atəşkəs dövründə şəhid olmuş şəxslərin ailə üzvləri ilə görüş keçirilmişdir
27 dekabr 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin və Rayon Təhsil Şöbəsinin rəhbərləri ilə Vətən müharibəsi, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı və atəşkəs dövründə şəhid olmuş şəhidlərin ailə üzvlərinin görüşü keçirilmişdir. Görüş zamanı valideynlər dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Sonda rayonun ictimai həyatında fəal iştirak etdiklərinə və qarşıdan gələn 31 dekabr-Dünya azərbaycanlılarının Həmrəylik günü, Yeni il bayramları münasibətilə şəhid ailələrinin üzvlərinə rayon icra hakimiyyətinin Fəxri Fərmanı təqdim edilmişdir.
Tədbirdə çıxış edən şəhid ailə üzvləri onların problemlərini diqqətdə saxladıqlarına və onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.