Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

14 fevral 2014 | 10:00

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişdir.
Qəbələ Beynəlxalq Hava Limanında Georgi Marqvelaşvilini Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılamışlar.
Qəbələ rayonu ilə tanışlıq zamanı nümayəndə heyətinə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir.
Diqqətə çatdırılmışdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır.
Səfər çərçivəsində nümayəndə heyəti  rayonun istehsal müəssisələrindən olan Qəbələ Konserv zavodunda, istehsal prosesini yaxından izləmişlər. Bildirilmişdir 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən ən yeni avadanlıqlar quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. İstehsal olunan məhsular dünyanın 30 ölkəsinə ixrac olunur. Rayonda müasir memarlıq üslubunda inşa olunmuş tikintilərə maraq göstərən nümayəndə heyəti daha sonra Heydər Əliyev “Konqres mərkəzi” ilə tanış olmuşlar. Qonaqlara bildirilmişdir ki,  bina 3 mərtəbə və 4.2 m dərinliyində zirzəmidən ibarətdir. Hər mərtəbənin hündürlüyü 6.9 m-dir. Mərkəzin birinci mərtəbəsində danışıq üçün zallar, qarderob, artistlər üçün otaqlar, 350 yerlik restoran, inzibati otaqlar, geniş foye, liftlər üçün xoll, sanitar qovşaqları, ikinci mərtəbəsində çox funksiyalı 1200 yerlik konfrans zalı, 92 m2 səhnə, VİP otaqları, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye nümayəndə heyətinə göstərilmişdir. Qeyd olunmuşdur ki, konfrans zalı qısa müddətə başqa məqsədlər (konsert, iclas və s.) üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Rayoun turizm infrastrukturu ilə maraqlanan nümayəndə heyəti hotellər kompleksi və sağlamlıq mərkəzlərinə də baxış keçirmişlər. Qonaqlara bildirilmişdir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə müasir infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrdə irimiqyaslı turizm layihələri icra edilir.  Rayonda 2014-cü ilin yanvar ayında ölkə başçısı cənab İlham Əliyev  tərəfindən birinci mərhələsinin açılışı olan «Tufandağ» dağ-xizək, yay-qış istirahət kompleksi məhz belə obyektlərdən biridir.
Bildirilmişdir  ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək yolundan beşində inşaat işləri başa çatmışdır. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.Diqqətə çatdırılmışdır ki, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, otel və digər xidmətlərdən istifadə etməyə imkanl verir.
Qeyd olunmuşdur ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir istifadəçi enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaradan generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə “«Tufandağ» dağ-xizək, yay-qış istirahət kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvilinin başçılıq etdiyi nümayəndə heyətində zəngin təəssürat yaratmışdır. Günün ikinci yarısında qonaqlar Qəbələ Beynəlxalq Hava Limanından Gürcüstan Respublikasına yola salınmışlar.

Keçidlər