Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 Yanvar - Anım Günü” münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib

18 yanvar 2022 | 04:00

17 yanvar 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində “20 yanvar- Anım günü” münasibətilə keçirilən tədbirdə mədəniyyət mərkəzinin, Qəbələ Dövlət Rəsm Qalareyasının əməkdaşları iştirak etmişlər. Öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev  20 Yanvar gününün  Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu qeyd edərək, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirilməsindən bəhs etmişdir. Tədbirdə çıxış edənlər 20 Yanvar gününün Azərbaycan tarixində təkcə faciə günü deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu, bu tarixin uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaldığı,öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu vurğulamış, bu günün Azərbaycan tarixindəki rolundan danışmışlar. Sonda “20 yanvar-Anım günü”nə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər