“20 Yanvar - Anım Günü”nə həsr edilmiş yeniyetmələr arasında stolüstü tennis üzrə xatirə turniri keçirilib
19 yanvar 2022 | 02:00
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Yanvar - Anım Günü”nə həsr edilmiş yeniyetmələr arasında stolüstü tennis üzrə xatirə turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd 20 Yanvar faciəsinin gənc nəslə çatdırılması ilə yanaşı həm də yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Xatirə turnirində rayonun şəhər, qəsəbə və kənd məktəblərindən 20-dək idmançı gərgin oyun nümayiş etdirmişlər. Turnirin yekun nəticəsinə əsasən Amil Tağıyev I yer, Ömər Xurşudov II yer və Həsrət Xurşudov III yerə layiq görülmüşlər. Qaliblərə Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.