“20 yanvar Ümumxalq hüzn günü”dür adlı tədbir keçirilib
19 yanvar 2022 | 06:00
18 yanvar 2022-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “20 yanvar Ümumxalq hüzn günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qəbələ UADM-nin əməkdaşları və könüllüləri, şəhər 1 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycanın müstəqilliyi ugrunda şəhid olanların ruhunun bir dəqiqəlik sükütla yad edilməsi ilə bəşlayıb. Çıxış edənlər Qanlı Yanvar hadisələrindən, xalqımızın keçdiyi ağır sınaqlardan, verdiyi şəhidlərdən və düşmən üzərindən qazanılan tarixi Qələbədən danışıblar. Tədbirin sonunda şagirdlər Azərbaycanın müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsini tərənnüm edən şeirlər və bayatılarla çıxış ediblər.