"20 yanvar Ümumxalq Hüzn günü"nə həsr edilmiş şeir müsabiqəsi keçirilib
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin iştirakı ilə 19 yanvar 2022-ci il tarixdə Qəbələ rayon Təhsil şöbəsinin akt zalında “20 yanvar Ümumxalq Hüzn günü"nə həsr edilmiş yeniyetmə və gənclər arasında “Şəhidlik ölməzlik, qəhrəmanlıq zirvəsidir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı yanvar faciəsində şəhid olanların tarixə qəhrəmanlıq salnaməsi yazdıqlarını, onların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini və şəhidliyin müqəddəs bir zirvə olduğunu ictimaiyyətə çatdırmaq, həmçinin yeniyetmə və gənclərin bədii yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarərdir. Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan 20-dən artıq şagird torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə, milli qəhrəmanlarımıza və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirmişlər. Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.