Rayonun ümumtəhsil məktəblərində "20 yanvar Ümumxalq Hüzn günü"nə həsr edilmiş silsilə tədbirlər keçirilir
Qəbələ rayonunun bütün ümumtəhsil müəssisələrində "20 yanvar Ümumxalq Hüzn günü"nə həsr olunmuş dəyirmi masa, seminar və mühazirələr, tarixi günə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Qəhrəmanlar ölmür” adlı inşa müsabiqəsi, rəsm sərgisi keçirilmiş, qalib olan şagirdlər təhsil şöbəsi tərəfindən Diplomla təltif olunmuşlar. 18 yanvar 2022-ci il tarixdə Vəndam qəsəbə 2 saylı tam orta məktəbdə keçirilən elmi-praktik konfransda çıxış edən təhsil şöbəsinin müdiri A.Bayramova 20 Yanvar faciəsinin səbəblərindən, Azərbycan xalqının azadlıq mübarizəsindən danışmış, həmin gün xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir. Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiyalar və səhnəciklər təqdim olunmuşdur.