Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ötən il 3903 turist ziyarət edib

26 yanvar 2022 | 02:00

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilin bütün fəsillərində rayona gələn yerli və xarici turistlərin, həmçinin qonaqların ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. 2021-ci ildə Qoruğu 3903 nəfər ziyarət edib. Gələnlərin 3657 nəfəri yerli, 246 nəfəri isə əcnəbi turist olub. Keçən il ərzində Qoruğa gələn ziyarətçilərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib. Onlar Qoruğun tarixi məkanları - Antik şəhər yeri, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxıb, Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlarla tanış olublar. Qoruq ərazisində yaradılmış xüsusi yerlərdə ziyarətçilərə dulusçuluq, oymaçılıq, arıçılıq peşələri barədə məlumat verilib, yerli sənətkarların gil və ağac materiallarından hazırladıqları əl işləri nümayiş etdirilib. Ziyarətçilər, eyni zamanda, Arxeoloji Mərkəzin sərgi salonunda 2021-ci ilin Azərbaycanda “Nizami İli” elan edilməsi ilə əlaqədar dahi şairin əsərləri,  həyat və yaradıcılığına həsr olunmuş kitablar, dövri mətbuatda dərc olunmuş məqalələr, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş "Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə" kitab toplusu ilə tanış olublar.

 

Keçidlər