Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.

15 fevral 2014 | 10:00

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilmişdir.
İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsinə həsr olunmuşdu.
İclasda şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və rayonun səhiyyə işçiləri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev gündəlikdəki məsələ ilə əlaqədar geniş məlumat  vermiş, hələ 2013-cü ildə Prezident cənab İlham Əliyev tərəfindən uşaq və yeniyetmələrin kütləvi dispanserizasiyası haqqında sərəncam imzalandığını və rayonda bu tədbirin uğurla icra edildiyini bildirmişdir. Eləcə də 2014-cü lin fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı möhtərəm Prezidentin verdiyi göstərişin xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olduğunu vurğulayan başçı bu diqqət və qayğının qəbələlilər tərəfindən fərəhlə qarşılandığını qeyd etmişdir.
Cənab Səbuhi Abdullayev respublikada son illər baş verən sürətli iqtisadi inkişafın bütün sahələrə o cümlədən səhiyyənin inkişafında da əsaslı təkan verdiyinə diqqət çəkmiş, dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının nəticəsində Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləmişdir. Natiq dövlət rəhbərinin müəyyən etdiyi proqramların sağlam insan kapitalının yetişdirilməsinə, ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına  xidmət etdiyini bildirmiş, xüsusilə uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğunu vurğulamışdır. Cənab Səbuhi Abdullayev çıxışının sonunda Azərbaycan Prezidentinin “Hər bir vətəndaş, hər bir insan  ildə bir dəfə müayinədən keçməlidir” çağırışına qəbələlilərin yekdilliklə qatılacağına əmin olduğunu və bunun üçün rayonun səhiyyə müəssisələrində bütün hazırlıq işlərinin başa çatdırıldığını qeyd etdi.
Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, müalicə diaqnostika mərkəzinin baş həkimi Bəxtiyar Haqverdiyev, rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev, Mirzəbəyli kənd həkim məntəqəsinin müdiri Xəyalə Yusifova, Olimpiya idman kompleksinin direktoru Məmməd İsmayılov, Vəndam qəsəbə inzibati ərazi nümayəndəsi İlham Bağırov məsələ ətrafında çıxış edərək, əhalinin tibbi müayinədən keçirilməsinin vacibliyindən ətraflı danışmış, bu mühüm tədbirin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Daha sonra Şuranın qərar layihəsi qəbul olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Şura iclasını yekunlaşdırmışdır.

Keçidlər