Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir
26 yanvar 20222-ci il tarixdə QDPTM-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu ilə birgə görüş təşkil olunmuşdur. Qəbələ və Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda iştirak etdiyi tədbirdə Təhsil Mərkəzinin direktoru tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsi haqqında təqdimat keçirilmişdir. Təqdimatda, layihənin məqsədi, tərəfdaşları, mərhələləri, nəticə və davamlılıq haqqında geniş məlumat verilmişdir. Sonda tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ Nümayəndəliyinin, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Kredit və İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.